Tramp: İranla müharibənin davam etməsini İsrail istəyir

14.11.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp idman şərhçisi Stiven Smitə verdiyi müsahibədə İrana qarşı müharibəni dərhal dayandıra biləcəyini, lakin İsrailin və regiondakı digər ölkələrin tələbi ilə əməliyyatları davam etdirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, İrana "çox ağır" zərbələr endirildiyini, ölkənin quru, hava və dəniz qüvvələrinin artıq məhv edildiyini iddia edən Tramp deyib: "Hələ də bu müharibədə olmağımızın səbəbi, İsrail də daxil olmaqla, Yaxın Şərqdə qorumağa çalışdığımız insanların mənim hazırda etdiyim kimi davranmağımı üstün tutmalarıdır. Mən buna dərhal son qoya bilərdim, amma qorumağa çalışdığım ölkələrin tələbi ilə biz bu prosesi bir az daha uzun və daha nəzarətli şəkildə davam etdiririk".

Tramp həmçinin əlavə edib ki, qarşıdan gələn aralıq seçkilər baxımından İranla müharibəyə girməyin siyasi cəhətdən çətin bir seçim olduğunun fərqindədir.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью