Tramp İranla müharibənin tezliklə bitəcəyinə ümid edir

17.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp Tehranın razılığa gəlmək üçün birbaşa Vaşinqtonla əlaqə saxladığını və müharibənin sona çatacağına ümid etdiyini bildirib.

Xəbəri “Anadolu” yayıb. 

Tramp bu açıqlamanı Şimali Karolinada bir tədbirdə iştirak etmək üçün gəldiyi təyyarədən endikdən sonra jurnalistlərə söyləyib.

Tramp deyib: “İran razılaşma əldə etməyə çox can atır və bu prosesin necə gedəcəyini görəcəyik”.

Müharibənin vəziyyəti ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Ümid edirəm ki, müharibənin sonuna doğru irəliləyirik”.

Jurnalistlər məlumatın birbaşa İrandan, yoxsa vasitəçilərdən gəldiyini soruşduqda, Tramp bunu “birbaşa” aldığını bildirib.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью