Tramp İranla müharibənin yenidən başlama ehtimalını istisna etməyib

15.05.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yenidən başlama ehtimalını istisna etməyib.

APA xəbər verir ki, Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

O, İran ordusunu darmadağın etdiyini iddia edib və yenidən İranda “təmizlik işi” görmək ehtimalının mövcud olduğunu deyib.
Tramp ABŞ-ın müharibəni digər ölkələrin, xüsusilə də Pakistanın xahişi ilə dayandırdığını qeyd edib.

“Mən bunun tərəfdarı deyildim, amma biz bunu Pakistana yaxşılıq kimi etdik”, - ABŞ lideri əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью