Icma.az, Ayna portalına istinadən məlumat yayır.
“Mən olmasaydım, bu gün İsrail mövcud olmazdı"
ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurma zamanı 16-18 nəfər itki verdiklərini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Trampın sözlərinə görə, "ABŞ-ın dəstəyi olmasaydı, İsrail bu gün mövcud olmayacaqdı".
“Mən olmasaydım, bu gün İsrail mövcud olmazdı. O, ümumiyyətlə, mövcud olmazdı”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp həmçinin iddia edib ki, İran nüvə silahı əldə etməyə çox yaxın idi.
“İran nüvə silahına sahib olmağa cəmi iki həftə qalmışdı”, – deyə o qeyd edib.
ABŞ prezidenti bu açıqlamaları İranla son hərbi qarşıdurma və Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini şərh edərkən səsləndirib.