Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq

12.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vaşinqton, 12 fevral, AZƏRTAC

“Biz İranla razılaşma əldə etməliyik. Əks halda, nəticəsi çox travmatik olacaq”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, bunu arzulamadığını bildirib. Tramp əlavə edib ki, ilk dəfə razılaşma olsaydı, gecəyarısı hücum baş verməyəcəkdir. “Əgər onlar razılaşma əldə etməsələr, bu, artıq fərqli bir hekayə olacaq. Dünən Benyamin Netanyahu ilə çox yaxşı görüş keçirdik və o, bunu başa düşür. Amma sonda bu, məndən asılıdır. Əgər razılaşma ədalətli və yaxşı bir razılaşma olmasa çox çətin bir dövr olacaq”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью