Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların davam etdiyini və tərəflərin sonda razılaşmaya nail olacağını düşündüyünü bildirib.
Modern.az xəbər verir ki, Tramp bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Böyük Britaniyanın Baş naziri Endi Börnemlə görüşdən sonra deyib. Reuters-in məlumatına görə, ABŞ və İran nümayəndələri sentyabrın 22-də də təmasda olublar.
“Məncə, razılaşma əldə olunacaq. Onlar bizimlə danışmaq istəyirlər. Hətta bu gün də bizimlə danışıblar və münasibətlər inkişaf edir”, – Tramp bildirib.
ABŞ Prezidenti bununla yanaşı, Vaşinqtonun İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini vurğulayıb.
“Biz onların nüvə silahına sahib olmasına imkan verə bilmərik və onlar bunu başa düşürlər”, – Tramp deyib.