Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə Vaşinqtonun yeni addımlar ata biləcəyini bildirib.
Gununesi.info xəbər verir ki, Tramp bu barədə Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp İranla münaqişəni bitirmək istədiyini, lakin müəyyən mərhələdə Tehrana qarşı güc tətbiq etməli ola biləcəklərini deyib.
O, ABŞ-ın İranla məsələni ya razılaşma yolu ilə, ya da başqa vasitələrlə tezliklə həll edəcəyini vurğulayıb.
Tramp daha əvvəl Konqresə aralıq seçkilərdən əvvəl İrana zərbə endirmək niyyətində olmadığını bildirmişdi.
“Axios”un məlumatına görə, o, seçkilərdən dərhal sonra da hərbi əməliyyatları bərpa etmək əvəzinə Tehranla danışıqlara üstünlük vermək istəyir.