Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişənin dayandırılmasına dair razılaşma əldə etməyə çalışmadığını bildirib.
Gununsesi.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
“Mən ABC News-un xəbər verdiyi kimi, İranı danışıqlar masasına oturtmağa çalışmıram. Onların özləri üçün heç bir dəyəri olmayan sazişi imzalayıb-imzalamamaları mənim üçün fərq etmir”, – Tramp qeyd edib.
ABŞ Prezidenti hazırkı vəziyyətin onun üçün daha məqbul olduğunu bildirib. Trampın iddiasına görə, ABŞ Hörmüz boğazına demək olar ki, tam nəzarət edir, İran iqtisadiyyatı isə ciddi təzyiq altındadır.
Qeyd edək ki, ABŞ və İran arasında gərginlik Hörmüz boğazı ətrafındakı vəziyyət fonunda davam edir.