Tramp: İranla razılığa gələ bilməsək, nəticəsi ağır olan hadisələr baş verəcək

03.02.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana doğru böyük gəmilərinin olduğunu bildirərək dedi: "İranla razılığa gəlmək istərdim. Hazırda İranla danışırıq. Razılığa gələ bilsək, bu, çox yaxşı olardı; bacarmasaq, yəqin ki, pis şeylər - nəticəsi ağır olan hadisələr baş verəcək".

Bizimyol.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən imza mərasimində İran məsələsi və Rusiya-Ukrayna danışıqları ilə bağlı son vəziyyət barədə danışıb.

İrana doğru "çox böyük" gəmilərinin olduğunu qeyd edən Tramp, həmçinin həmin ölkənin rəsmiləri ilə danışıqların davam etdiyini söyləyib. Bu şəkildə danışan Tramp diplomatik prosesə açıq olduğunu bildirib.

İranla proses mənfi istiqamətdə gedərsə, nə baş verə biləcəyi soruşulduqda, o, "Sizə deməyim axmaqlıq olardı" cavabını verdi. Suala cavab olaraq Tramp İranla danışıqların davam etdiyini bildirdi.

Tramp həmçinin Rusiya-Ukrayna sülh danışıqlarına ümidli olduqlarını və danışıqların yaxşı getdiyini vurğulayıb. Sülh sazişinin mümkünlüyünü müsbət qiymətləndirən Tramp: "Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox uğurlu olacağına inandığımız planlarınız var, bu istiqamətdə hazırlıqlar davam edir. Bunu ilk dəfə deyirəm, düşünürəm ki, hazırda yaxşı iş görürük, bəlkə də tezliklə yaxşı xəbərlər alacağıq", - deyə qeyd edib.

Tramp həmçinin Rusiya prezidenti Vladimir Putindən hər iki ölkədəki həddindən artıq soyuq hava şəraitini əsas gətirərək bir həftə Ukraynanı bombalamamağı xahiş etdiyini və Putinin də razılaşdığını təkrarlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью