Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, onun jurnalistlərə bildirdiyinə görə, danışıqların necə inkişaf edəcəyini zaman göstərəcək.
“Hadisələrin necə cərəyan edəcəyini görəcəyik. Mən sazişin əldə olunmasını üstün tutaram. İnsanları öldürmək istəmirəm”, – deyə Tramp bildirib.
Bununla yanaşı, ABŞ prezidenti vurğulayıb ki, Vaşinqton zərurət yaranacağı təqdirdə “istənilən vaxt” İrana qarşı genişmiqyaslı hərbi zərbələr endirməyə hazırdır.
Tramp daha əvvəl ABŞ və İran nümayəndələrinin avqustun 3-də sülh sazişi ilə bağlı danışıqlara başlayacağını açıqlamışdı.
O, həmçinin "Truth Social" platformasında yazmışdı ki, Tehranla razılaşma əldə etmək məqsədilə İrana qarşı planlaşdırılan güclü hərbi zərbəni ləğv etməyə razılıq verib.
Prezidentin sözlərinə görə, İran və Yaxın Şərqin bir sıra ölkələri Vaşinqtonu hücumdan imtina etməyə çağırıblar, çünki tərəflər gələcək razılaşmanın əsas konturlarını artıq müəyyənləşdiriblər.
Tramp bildirib ki, nəzərdə tutulan saziş Hörmüz boğazının dərhal beynəlxalq gəmiçilik üçün açılmasını və İranın nüvə təhlükəsinin aradan qaldırılmasını əhatə etməlidir.
Bizimyol.info