Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə cəlb olunmaqdansa, sövdələşmə bağlamağa üstünlük verəcəyini bəyan edib.
"Report" xəbər verir ki, bunu Amerika lideri "Fox News" telekanalına müsahibəsində deyib.
"Hamı düşünür ki, İsrail bizim köməyimiz və ya razılığımızla İranı bombalayacaq. Mən bunun olmamasını istərdim. İranla sövdələşmə bağlamağa üstünlük verirəm. Çünki bu, bizə İranın nüvə obyektlərində yoxlamalar aparmağa, müşahidə etməyə imkan yaradacaq", - Tramp bildirib.
O vurğulayıb ki, İrana nüvə silahı əldə etməyə imkan vermək olmaz.
Tramp həmçinin qeyd edib ki, Tehran narahatlıq içərisindədir, çünki onun müdafiə potensialı demək olar ki, itirilib.