Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp sentyabrın 28-də Ağ Evdə ABŞ-ın “Time” jurnalına müsahibəsində İran, İsrail və Yaxın Şərqdəki müharibə ilə bağlı danışıb.
İranla müharibənin əvvəlcə 6-8 həftə davam edəcəyini bildirməsinə baxmayaraq, prosesin niyə bu qədər uzandığı və artıq yeddinci ayına keçdiyi barədə suala Tramp belə cavab verib:
“Nüvə obyektlərinə zərbə endirəndə obyektlər minlərlə ton dağıntının altında qalmışdı. Mən sadəcə orada dayana bilərdim. Amma bunun düzgün olacağını düşünmürdüm”.
Tramp İranla “əsl razılaşma” əldə etmək istədiklərini vurğulayıb.
“Mən orada dayana bilərdim, amma daha da irəli getməyə qərar verdim. Çünki onların fərqli formada yenidən ortaya çıxmasını istəmirdim”, - deyə, Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib: “Biz İranı məhv etməklə dünyada sülh yaratdıq, amma İranla nə zamansa sülh əldə ediləcəyini düşünmürəm”.
Aytən Yaşar/ Turkustan.az