Tramp İranla yayda əldə olunan atəşkəsi vaxt itkisi adlandırıb

27.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə zamanı yayda hərbi əməliyyatların dayandırılmasını vaxt itkisi hesab etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Tramp atəşkəsdən o qədər də razı qalmadığını qeyd edərək, bunun vaxt itkisi olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, atəşkəs dövründə bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verilməsi də məqsədəuyğun olmayıb.

ABŞ Prezidenti, həmçinin münaqişənin başlanması ilə bağlı danışaraq, hərbi əməliyyatların daha əvvəl həyata keçirilməli olduğunu iddia edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью