Tramp: İranlılar çox bacarıqlı danışıq aparan tərəfdir

29.05.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrini peşəkar danışıqlar aparan tərəf kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində bildirib ki, Tehran nümayəndələri danışıqlarda yüksək bacarıq nümayiş etdirirlər.

“Mən danışıqlarda iştirak edirəm, onlar da iştirak edir. Onlar çox yaxşı danışıq aparırlar, çox bacarıqlıdırlar”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti eyni zamanda Vaşinqtonun üstün mövqedə olduğunu iddia edib.

“Bütün kozırlar ABŞ-nin əlindədir. Biz bu münaqişədə hərbi qələbə qazanmışıq”, - deyə o bildirib.

Tramp əlavə edib ki, Tehranla mümkün razılaşma ABŞ üçün sərfəli olmasa, Amerika ordusu İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.

Xatırladaq ki, bundan əvvəl “Axios” portalı mənbələrə istinadən ABŞ və İran nümayəndələrinin qarşılıqlı anlaşma memorandumu layihəsi üzərində razılığa gəldiyini yazmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью