Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İranla hücumlar indiyə qədər etdiyimiz ən yaxşı işlərdən biri kimi tarixə düşəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Tramp Floridadan Ağ Evə qayıdarkən təyyarəsinə minməzdən əvvəl “Vest Palm Biçdə” jurnalistlərə belə deyib.
Tramp İran müharibəsində qalib gəldiklərini iddia edərək deyib:
“Sizə deyə bilərəm ki, bu, indiyə qədər etdiyimiz ən yaxşı şeylərdən biri kimi tarixə düşəcək. Çünki onların nüvə silahı olsaydı, dünyanı partladardılar. Niyə? Çünki onlar “dəlidirlər”.
İranla bağlı sual budur ki, bu məsələni indi, yoxsa sonra bağlayacağıq? Gözləyə bilərik. Bəzi qonşuları hər şeyin olduğu kimi qalmasını üstün tuturlar”.
İrana hücumlar zamanı bir əsgər də itirmədiklərini bildirən Tramp, illərdir davam edən və minlərlə itkinin baş verdiyi Vyetnam müharibəsini nümunə kimi göstərib.
“Mən gedib onları indi partlada bilərəm. Problem ondadır ki, onları heç vaxt yenidən qura bilməyəcəklər. Əgər körpüləri və elektrik stansiyalarını partlatsam, onları yenidən qurmaq çox uzun vaxt aparacaq. Onların böyük körpüləri var”.
Vitse-prezident Vensin İrana hücumların Respublika Partiyasının 3 noyabr ara seçkilərində məğlubiyyətinin səbəblərindən biri olması barədə açıqlamasının Trampla münasibətlərinə təsir edib-etmədiyi ilə bağlı suala Ağ Ev rəhbəri belə cavab verib:
“Çox adam Cey Di Vensin ara seçkilərlə bağlı şərhlərini bəyənmədi. Amma mən onlardan deyiləm. O, bir şeydə haqlı idi.
Düşünürəm ki, çox vacib olan başqa bir şey deməli idi. Əgər yenidən şansınız olsaydı, eyni şeyi təkrar edərdinizmi? Cavab “bəli”dir”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin