Tramp iranlıları tanımayıb

15.05.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

"Tramp İran xalqını təhlükə və iğtişaş mənbəyi kimi təqdim edib. Sualım budur ki, Qəzzadə 60 min günahsız və müdafiəsiz uşağı biz öldürdük? Yoxsulları sudan, çörəkdən, dərmandan biz məhrum etdik?"
Missiya.Az 
xəbər verir ki, bunu Kermanşah əyalətində iş adamları ilə görüşən İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin bölgəyə müdaxiləsini tənqid edərək deyib.

"İstəsələr də, istəməsələr də, biz bu ölkəni güclü şəkildə inkişaf etdirəcəyik və quracağıq. Sülh tərəfdarıyıq və müharibə istəmirik, amma izzət və qürurumuzu heç nəyə satmayacağıq, heç bir gücə boyun əyməyəcəyik və təslim olmayacağıq", - İran Prezidenti vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью