Tramp İraqda İŞİD liderinin məhv edildiyini bildirib

15.03.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İraqda İŞİD (İraq Şam İslam Dövləti) rəhbərlərindən biri məhv edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İraqda İŞİD-in qaçaq lideri məhv edilib.

"Bizim qorxmaz döyüşçülərimiz yorulmadan onu izləyirdilər", - deyə Ağ Evin sahibi bildirib.

O, həmçinin qeyd edib ki, əməliyyatda İraq hökuməti və İraq Kürdüstanının hakimiyyəti fəallıq göstəriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью