Tramp işğala hazırlaşır Putin yardım edəcək? | Icma.az
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Venesuela və İrandan sonra Qrenlandiya geosiyasi şərtləri yenidən böhran şkalasına yaxınlaşdırır.
Tramp təbii sərvətləri və strateji mövqeyinə görə əhəmiyyətli olan adanı ələ keçirmək niyyətini gizlətmir, hətta güc tətbiqi hesabına olsa da.
Qrenlandiya ABŞ-ın qlobal planında vacib coğrafiyadır: - Rusiya, xüsusilə Çinə qarşı qlobal üstünlük qazanmaq; - Arktikaya nəzarət uğrunda mübarizədə mövqelərini gücləndirmək; - Monro doktrinasına əsaslanan Qərb yarımkürəsinə hakim olmaq (Vaşinqton Arktikanı da artıq bu doktrinanın prinsiplərinə daxil edir); Bu baxımdan Trampın “Çin və Rusiya gəmiləri adanı mühasirəyə alıb” iddiası obrazlı görünsə də, reallıqdan uzaq deyil.
Qrenlandiyada müxtəlif layihələrin iştirakçısı olan Çin mineral ehtiyatların istehsalında inhisarçı mövqe qazana bilib.
Bu, ABŞ-ı həm karbohidrogen ehtiyatlardan sonra açıq müstəviyə keçən minerallar uğrundakı qlobal mübarizədə geri salır, həm Arktika bölgəsinə nəzarətdə.
Vaşinqton Çinin ada üzərindəki təsirlərini öz zonası hesab etdiyi Qərb yarımkürəsinə əsas təhlükə kimi qəbul edir.
Venesuela əməliyyatı ilə Monro doktrinasının tətbiqinin yenidən praktiki müstəviyə keçməsi fonunda Tramp Adminstrasiyasının Qrenlandiyanı nəzarətə götürəcəyi ehtimalları güclənməkdədir.
Tam oxu
Xəbəri oxu