Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının final matçını stadiondan izləyəcək.
QOL.az xəbər verir ki, İspaniya və Argentina milliləri arasında oynanılacaq həlledici qarşılaşma iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki "Metlayf" stadionunda keçiriləcək.
BBC-nin yaydığı məlumata görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp cümə günü Nyu-Yorka yollanacaq. O, əvvəlcə "Trump Tower"də təşkil olunacaq FİFA qəbulunda iştirak edəcək, bazar günü isə dünya çempionatının finalını izləyəcək.
Qeyd edək ki, daha əvvəl dünya kubokunu turnirin qalibinə Donald Trampın təqdim edəcəyi də açıqlanmışdı. İspaniya yarımfinalda Fransanı 2:0, Argentina isə İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.