Tramp İsrail HAMAS razılaşmasının regiona sülhə gətirəcəyinə ümid edir

09.10.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp ümid edir ki, İsrail və HAMAS arasında imzalanan sülh sazişi Qəzza münaqişəsindən daha geniş olacaq və Yaxın Şərqdə sülhə gətirib çıxaracaq.

APA xəbər verir ki, Tramp bunu “Fox News”a müsahibəsində deyib.

"Bu, İsrail, müsəlmanlar, ərəb ölkələri, ölkəmiz üçün əladır. Bizim bu işdə iştirak etməyimiz və razılaşmanın əldə olunduğuna əmin olmağımız çox gözəldir. Bu, Qəzzadan daha genişdir, bu, Yaxın Şərqdə sülhdür", - o deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью