Tramp: İsrail “Həmas”la bağlı razılaşmadan çox məmnundur

01.08.2026

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İsrail “Həmas”la bağlı razılaşmadan çox məmnundur. İsrail bu işdə bizə kömək etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kabinet iclasında çıxışı zamanı deyib. O bildirib ki, əksər insanlar bu razılaşmanın başa çatmayacağını deyiblər.

“Amma bu, böyük bir irəliləyiş olacaq. Heç kim “Həması”ın tərk-silah edilməsinin mümkün olacağını düşünməyib. Bu, İranla bağlı da nə qədər uğur qazandığımızı göstərir. Çünki dörd və ya beş ay əvvəl belə bir razılaşma mümkün deyildi. Beləliklə, bu, Yaxın Şərq üçün böyük bir addımdır və insanlar bundan həqiqətən təsirləniblər”, - deyə Tramp əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью