Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək seçkilər öncəsi Baş nazir Binyamin Netanyahunu dəstəklədiyini bir daha bəyan edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək İsrail seçicilərinə müraciət edib.
O, Netanyahunu “yaxşı baş nazir” adlandıraraq bildirib ki, əvvəlki seçkilərdə də ona dəstək verib.
Tramp səsvermə ərəfəsində seçicilərə müraciətində Netanyahunun baş nazir kimi mübarizəsini vurğulayıb və deyib: “Səsverməyə gedərkən unutmayın ki, Bibi fövqəladə dərəcədə mübariz baş nazirdir. Baş nazir olaraq Binyamin Netanyahunu dəstəkləyin. Başladığımız işi başa çatdırmalıyıq”.
Aytən Yaşar/Turkustan.az