Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
“İsrail və HƏMAS arasında əldə olunan sülh razılaşmasının birinci mərhələsi çərçivəsində girovların oktyabrın 13-də azad ediləcəyi gözlənilir”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
"Əsas məsələ girovların azad edilməsidir. Yəqin ki, bu bazar ertəsi (oktyabrın 13-ü) baş verəcək", - deyə siyasətçi vurğulayıb.
Tramp həmçinin bildirib ki, onun administrasiyası regionda münaqişəyə davamlı son qoyulmasını təmin etmək üçün sülh şurası yaradır.
Daşqın Həsənov
Missiya.Az