Tramp: İsrail və region üçün qızıl dövr başlayacaq

13.10.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail və region üçün qızıl dövr başlayacaq.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışında deyib.

“Hər kəs bizim vaxtımızı boş yerə xərclədiyimizi düşünürdü. Amma biz vaxtımızı boşa vermirdik. Biz istedadlı insanlarıq”, - Tramp HAMAS-İsrail razılaşmasını şərh edərkən bildirib.

O, İsrailin Baş naziri Benyamin Netanyahuya təşəkkür edib və onunla müzakirələrin asan olmadığını qeyd edib.

Tramp özünün Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffa da razılaşmanın ərsəyə gəlməsinə görə minnətdarlığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью