Tramp İsrailin addımlarından narazıdır

10.06.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı diplomatik danışıqlara maneə yaradan addımlara görə İsraildən narazıdır.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrindən birinin sözlərinə görə, Tramp ABŞ və İsrailin İranla bağlı məqsədləri, eləcə də regional təhlükəsizliyə yanaşmaları arasında müəyyən fərqlərin olduğunu anlayır. Mənbə bildirib ki, prezident mövcud vəziyyətdən məyus olsa da, İsrailə dəstəyi azaltmaq niyyətində deyil.

Ağ Evin digər yüksək vəzifəli rəsmisi isə Vaşinqton və Təl-Əvivin münaqişə ilə bağlı fərqli məqsədlərə malik olması fikrini təkzib edib. Bununla belə, o da Trampın İsrailin son hərəkətlərindən narahat olduğunu təsdiqləyib.

Rəsminin sözlərinə görə, ABŞ prezidenti xüsusilə İranla danışıqlar davam etdiyi bir vaxtda İsrailin Livandakı əməliyyatlarının gərginliyi daha da artırmasından məyusdur.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью