Tramp İsraillə bağlı daha bir detalı açıqladı VİDEO | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı o, Oval kabinetində çıxışı zamanı danışıb.
“Ötən həftə baş nazir Netanyahuya İranla danışıqları poza biləcək addımlar atmaması üçün nə dediniz?”, sualına Tramp belə cavab verib: “Mən ona söylədim ki, indi İrana hücum etmək kimi bir addım yersiz olacaq.
Çünki hazırda İranla həll yoluna çox yaxınıq. Lakin vəziyyət hər an dəyişə bilər”.
Qeyd edək ki, bundan əvvəl İsrailin İrana hücum edəcəyi iddia edilirdi.
Əliyar Xəlil Globalinfo.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu