Tramp israilli girovların azad edilməsinin gözlənilməsini alqışlayıb

19.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bu gün üç israilli girovun azad edilməsinin gözlənilməsini alqışlayıb.

APA-nın xəbərinə görə, Donald Tramp bununla bağlı “Truth Social”-da paylaşım edib.

“Girovlar bu gün çıxmağa başlayacaqlar! “Birincilər üç gözəl gənc qadın olacaq”, - deyə Tramp Truth vurğulayıb.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HAMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HAMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.

HAMAS bu gün yerli vaxtla saat 16.00-da 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью