Tramp İstanbul yolunda? ABŞ lideri Türkiyəyə səfər edəcəyini AÇIQLADI

12.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ lideri Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Mən təkid etdim ki, bu görüş (Rusiya və Ukrayna görüşü – red) keçirilsin və o keçiriləcək. Düşünürəm ki, cümə axşamı tərəflər arasında görüş yaxşı keçəcək. Hesab edirəm ki, hər iki lider (Rusiya və Ukrayna liderləri) orada olacaq. Ora getmək barədə düşünmüşəm. Bilmirəm cümə axşamı harada olacağam, çünki mənim çox sayda görüşlərim var, lakin ora getmək barədə düşünmüşəm. Belə bir ehtimal var”, – Tramp bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью