“Tramp istədiyi vaxt Rusiya Federasiyasına gələ biləcək”

16.02.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Rusiya lideri Vladimir Putindən dəvət alan ABŞ Prezidenti Donald Tramp istədiyi vaxt Rusiya Federasiyasına gələ biləcək”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.
O, həmçinin Trampın mayın 9-da Moskvaya səfərinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb:
“Prezident Putin bu günün sevincini və qürurunu bizimlə bölüşməyə hazır olan bütün dünya dövlət başçılarını məmnuniyyətlə qarşılayacaq”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью