Tramp istədiyinə nail oldu Mərhum senatorun yerinə bacısı təyin edildi

14.07.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Karolina qubernatoru Henri Makmaster bazar ertəsi günü mərhum respublikaçı senator Lindsi Qremin yerinə onun bacısı Darlin Qrem Nordonu təyin edib.

Turkustan.az xəbər verir ki, bundan əvvəl Donald Tramp Nordonu açıq şəkildə namizəd göstərmişdi.

Tramp dünən “Truth Social”da yazmışdı: "Bu, bacısını çox sevən Lindsiyə gözəl bir hörmət olardı”.

Bundan bir neçə saat sonra qubernator Nordonu rəsmi mərasimdə təqdim etdi.

62 yaşlı Darlenin təyinatı qardaşının ölümündən iki gündən az bir müddət sonra elan edildi. Nordon özü ictimai xadim deyil. “LinkedIn” profilinə görə, o, on ildən çox Cənubi Karolina Peşə Reabilitasiyası Departamentində çalışıb və 2019-cu ildən bəri Dövlət Korlar Komissiyasında çalışıb. O, heç vaxt seçkili vəzifə tutmayıb./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью