Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "İlk dəfə Yaxın Şərqdə sülh var. Biz HƏMAS-la razılaşdıq.
Amma bu razılaşmaya əməl etməsələr, gedib onları aradan qaldıracağıq". Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ əsgərlərinin Qəzzada olmayacağını vurğulayan Tramp bildirib ki, buna ehtiyac yoxdur: “Biz müharibələri başladan deyil, bitirən bir ölkəyik.
Hazırda Yaxın Şərqdə atəşkəsi qorumaq üçün diplomatiya aparırıq”.
O əlavə edib ki, Qəzzada atəşkəsi təmin edilməsi ilə bağlı müqaviləni 59 ölkə imzalayıb. “Hamısı eyni tərəfdədir.
Dörd ay əvvəl bir-biri ilə danışmayan ölkələr indi eyni masa arxasındadır. Bunu heç kim gözləmirdi.
Silahların deyil, razılaşmaların öz sözünü dediyi bir dövr başlayıb”, -Tramp qeyd eib.
O əlavə edib ki, HƏMAS-ın İrandan aldığı dəstək bitdi. İsrailin lazım gələrsə Qəzzaya hücumlarını yenidən başlaya biləcəyini ifadə edən Tram