Tramp İsveçrə saatlarının ABŞ a idxalını bloklamaqla hədələdi

07.08.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İsveçrə ilə ticarət balansındakı kəsiri bir imza ilə aradan qaldıra biləcəyini bildirib. O, bunun üçün Avropa ölkəsindən, o cümlədən İsveçrə saatlarından ibarət məhsulların idxalını dayandıra biləcəyini deyib.

Bizimyol.info xəbər verir ki, Tramp bu barədə “Punchbowl News” portalına müsahibəsində danışıb.

“Biz bir çox ölkələri elit ölkələrə çeviririk. İsveçrəyə baxın. Onlarla ticarət balansımızda 39 milyard dollar kəsir var. Mən bu kəsiri bir imza ilə aradan qaldıra bilərəm və onlar artıq elit ölkə olmayacaqlar”, – deyə ABŞ lideri bildirib.

Tramp qeyd edib ki, bunun üçün sadəcə olaraq “Mən sizin saatlarınıza ehtiyac duymuram. Mənim sizin heç bir məhsulunuza ehtiyacım yoxdur” deməsinin kifayət edəcəyini söyləyib.

Onun sözlərinə görə, belə addım ABŞ-a 39-41 milyard dollar arasında vəsait qənaət etməyə imkan verə bilər, lakin İsveçrə üçün ciddi iqtisadi problemlər yarada bilər. “Amma onların xoşbəxtliyindən mən yaxşı insanam”, – deyə Tramp əlavə edib.

ABŞ Prezidenti həmçinin hesab edir ki, İsveçrə də daxil olmaqla, dünyanın bir çox ölkəsində faiz dərəcələrinin aşağı olması ABŞ-ın həmin dövlətləri maliyyələşdirməsi ilə bağlıdır.

“Biz yenidən ən aşağı faiz dərəcəsinə malik ölkə olmalıyıq. Çünki faizlərin aşağı olduğu ölkələrdə bu, bizim sayəmizdədir. Biz dünyanın bir çox ölkəsini, o cümlədən bir çox elit ölkələri maliyyələşdiririk”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ İsveçrəyə təxminən 40 milyard dollar həcmində ticarət üstünlüyü “hazır şəkildə təqdim edir”.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью