Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp "JPMorgan Chase" bankını və onun baş direktoru Ceymi Daymonu məhkəməyə verərək, onları sırf siyasi səbəblərə görə ona xidmət göstərməkdən imtina etməkdə təqsirləndirib.
Oxu.Az "Fox News" telekanalına istinadən xəbər verir ki, iddianın məbləği beş milyard dollar təşkil edir.
Tramp iddianı Mayami dairə məhkəməsinə təqdim edib. Ərizədə iddia olunur ki, "JPMorgan" bankın "yüksək dərəcədə dürüstlük və etik davranışla" işləməyə sadiq olduğunu bildirən şəxsi biznes prinsiplərini pozub.
"Şirkətin bu prinsiplərə sadiq qaldığı barədə bəyanatlarına baxmayaraq, JPMC iddiaçının bir neçə bank hesabını birtərəfli qaydada - xəbərdarlıq etmədən və vəziyyəti düzəltmək imkanı vermədən bağlayaraq bu prinsipləri pozub", - deyə iddia sənədində bildirilir.