Axar.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı sual verdiyinə görə jurnalistə əsəbiləşib.
Axar.az xəbər verir ki, jurnalist Trampa “Girov götürülmüş şəxsin azad edilməsini təmin etmək üçün Rusiyaya qarşı həmin sanksiyaların ləğv edilməsi Rusiyaya güzəştə getmək deyildisə, bəs nə idi?” sualını verib.
Tramp isə əsəbiləşərək jurnalistə “Sən axmaq insansan. Kimə işləyirsən?” deyib.
Jurnalist isə “ABC Nyus”da işlədiyini bildirib.