Tramp Kaliforniya sakinlərinə limitsiz su vəd edib

25.01.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Los-Ancelesin yanğınlardan zərər çəkmiş bölgələrinə və quraqlıqdan əziyyət çəkən ərazilərinə su təchizatını artıracağını vəd edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Kaliforniya sakinləri ilə görüşündə bildirib.

“Bizdə bol su var. Qərb sahilindən, qismən də Kanadadan gələn limitsiz sudan danışırıq. Heç vaxt tükənməyəcək, çatışmazlıq olmayacaq. Qonşu regionlardan su təchizatının artırılması, həmçinin su anbarlarının tikintisi nəzərdə tutulur”, – Tramp qeyd edib.

Tramp vurğulayıb ki, vilayətdə hidrantların böyük bir hissəsi işləmir və su təzyiqi aşağıdır. Bundan əlavə, evlərdəki yanğınsöndürmə sistemləri alovun öhdəsindən gələ bilməyib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью