Tramp: Kamala, işdən çıxarıldın, Ağ Evdən get

05.11.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp səsvermə günü ərəfəsində rəqibi Kamala Harrisi “dəli” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, Miçiqandakı tərəfdarlarına "O, radikal solçu dəlidir" deyərək səslənib.
Tədbir mühafizəkar media şirkəti RSBN tərəfindən yayımlanıb.
“Kamala, işdən çıxarıldın. Ağ Evdən get". Tramp Miçiqan ştatının Qrand Rapids şəhərində keçirilən mitinqdə seçki kampaniyasının son tədbirində belə deyib.
“Sən vəzifəni icra edə bilmirsən. Biz sizin nüvə mövzusunda danışıqlar aparmağınızı istəmirik. Çünki sən "nüvə" sözünün nə demək olduğunu bilmirsən”, deyə Tramp əlavə edib və Harrisi “iyrənc” vitse-prezident adlandırıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью