Tramp: Kanada 51 ci ştat olsa, daha yaxşı olardı

10.02.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkənin 51-ci ştatı olmasının "daha yaxşı olacağını" söyləyib.

"Cebheinfo.az" xəbər verir ki,  Tramp Amerika Futbol Liqasının (NFL) çempionluq oyunu olan Super Bowl oyunundan əvvəl "Fox News"-a açıqlamalar verib.

Prezident Tramp "Düşünürəm ki, Kanadanın 51-ci əyalət olması çox daha yaxşı olardı, çünki biz Kanada ilə ildə 200 milyard dollar itiririk. Mən buna imkan verməyəcəyəm. Nə üçün biz Kanadaya ildə 200 milyard dollar subsidiya ödəyirik?",-deyib.

Digər tərəfdən, Tramp Kanada və Meksikadan tarifləri bloklamaq üçün kifayət qədər hərəkət görmədiyini söylədi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью