Tramp: Kanada cavab tədbirləri tətbiq edərsə, ABŞ tarifləri artıracaq

04.03.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ottavanın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-nin Kanadaya tarifləri artıracağını bildirib.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Zəhmət olmasa Kanadanın Baş naziri Trudoya izah edin ki, o, ABŞ-yə cavab rüsumunu tətbiq edəndə bizim cavab tarifimiz dərhal eyni məbləğdə artacaq”, - Tramp qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью