Tramp Kanada ilə iqtisadi əlaqələri kəsir

31.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Kanada ilə hazırkı ticarət və iqtisadi münasibətlərini səmərəsiz hesab etdiyini bildirib.

“Cebheinfo.az”-ın məlumatına görə, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Kanada ən çox sui-istifadə edən ölkələrdən biridir. Mən Kanadanın avtomobillərini, ehtiyat hissələrini, heç nəyini istəmirəm. Onlar bizi on illərdir aldadıblar. Bu, dayanacaq”, - deyə o əlavə edib.

ABŞ-nin ticarət danışıqları aparan Ceymson Qrin bu ayın əvvəlində Ottavanın Vaşinqton tərəfindən elan edilən gəlirli ikitərəfli ticarət razılaşmasından imtina etdiyini açıqlayıb. Buna cavab olaraq, avqustun 22-də Kanada mallarının müəyyən kateqoriyalarına 50 faiz ABŞ-nin idxal tarifləri qüvvəyə minib.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью