Tramp Kanada ilə sərhədi bu üsulla bağladı FOTO

26.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Kanadada baş verən meşə yanğınlarından yayılan tüstü ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, Tramp sosial şəbəkə hesabında süni intellekt vasitəsilə hazırlanmış görüntü yayımlayıb.
 

Paylaşılan fotoda ABŞ-la Kanada arasındakı sərhəddə nəhəng hava filtrlərinin quraşdırıldığı təsvir olunur. Bununla Kanadadan ABŞ ərazisinə yayılan tüstüyə istehzalı şəkildə işarə edilib.


Qeyd edək ki, son günlər Kanadadakı genişmiqyaslı meşə yanğınlarından qalxan tüstü ABŞ-ın bir sıra ştatlarında havanın keyfiyyətini pisləşdirib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью