Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Kanadanın Amerika şirkətləri və fermerlərinə ədalətli ticarət imkanları yaratmadığını iddia edib və Kanada istehsalı olan məhsulların ABŞ-ın dövlət satınalmalarından çıxarılması barədə göstəriş verdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Amerika süd məhsulları istehsalçılarına Kanada bazarına çıxış imkanı verilmir. Bununla yanaşı, əvvəlki administrasiyalar dövründə bağlanmış ticarət razılaşmaları səbəbindən Kanadanın ABŞ-a avtomobil ixracını davam etdirdiyini qeyd edib.
ABŞ prezidenti Kanada hökumətini və əyalət administrasiyalarını Amerika kiçik bizneslərinin açıq tenderlərdə iştirakına mane olmaqda ittiham edib.
Tramp Kanadanın illərdir ABŞ-ı “aldatdığını” iddia edərək qarşılıqlılıq tələb edib.
“Bu, qarşılıqlılıq deyil, Kanada ticarət fırıldağıdır. Bundan sonra qarşılıqlılıq olmazsa, giriş də yoxdur”, – deyə Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az