Tramp Kanada, Meksika və Qrenlandiyanı ABŞ ərazisi kimi göstərib

08.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika, Qrenlandiya və digər bitişik əraziləri “ABŞ ərazisi” kimi göstərən xəritə yayımlayıb. Tramp bununla bağlı sosial media səhifəsində paylaşım edib.

Məlumatı “Anadolu” verib. 

Dərc olunmuş şəkildə, ABŞ-ın hazırkı sərhədləri ilə yanaşı, Kanada, Meksika, Qrenlandiya və Kuba, eləcə də digər bitişik ərazilər “ABŞ ərazisi” kimi qeyd olunub.

Nəşr Trampın ABŞ-ın Nyu-Meksiko ştatının xəritəsini paylaşmasından sonra ortaya çıxıb. Həmin xəritədə ştatın adındakı “Meksika” sözünün üstündən xətt çəkilərək “Amerika” ifadəsi ilə əvəz edilib.

Meksika Prezidenti Klaudiya Şeynbaum Trampın paylaşımına X sosial şəbəkəsindəki hesabında cavab verib. Şeynbaum Meksikanın “azad, müstəqil və suveren” bir ölkə olduğunu, “heç bir xarici gücün himayəsi altında olmadığını və olmayacağını” bildirib.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью