Tramp: Kanadalılar ölkənin ABŞnin 51ci ştatı olmasını istəyir

18.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

“Kanada ölkəmizin 51-ci ştatı olsaydı vətəndaşlar həm vergilərə, həm də müdafiə məsələlərinə ayrılan vəsaitə xeyli qənaət etmiş olardı”.

APA xəbər verir ki, bunu yanvarın 20-də ABŞ-nin prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, kanadalıların bir çoxu məhz bunu istəyir.

D. Tramp eyni zamanda ABŞ-nin bu ölkəyə subsidiya ayırmasının qəribə olduğunu qeyd edib:

“Kim Kanadaya ildə 100 milyon dollardan çox vəsait ayırmağımızın səbəbini izah edə bilər? Bu mənasızdır! Əksər kanadalılar bu ölkənin 51-ci ştatımız olmasını arzulayır”.

https://truthsocial.com/@realDonaldTrump/posts/113672861551554010

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью