Tramp Kanadanı 50 faiz tariflə təhdid edib

30.01.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 30 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Kanadadan alınan təyyarələrə 50 faiz tarif tətbiq edəcəyi ilə təhdid edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Truth” sosial mediasında yazan Tramp bildirib ki, Kanadan ABŞ-ın “Gulfstream” şirkətinə məxsus təyyarələrini sertifikatlaşdırmaqdan imtina edir. O, buna cavab olaraq Kanadanın “Bombardier Global Express” təyyarələrini və Kanadada istehsal olunmuş bütün təyyarələri sertifikatsız elan edib.

Bundan əlavə, Tramp eyni sertifikatlaşdırma prosesi vasitəsilə Kanadada “Gulfstream” məhsullarının satışının faktiki olaraq qadağan edilməsi dayandırılmasa, Kanadadan Amerika Birləşmiş Ştatlarına satılan bütün təyyarələrə 50 faiz tarif tətbiq edəcəyini elan edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью