Tramp Kanadanı 51ci ştat adlandırmağa davam edir

18.12.2024

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın növbəti Prezidenti Donald Tramp yenə də Kanadanı Birləşmiş Ştatların 51-ci ştatına çevirməyi təklif edib və bunu "əla ideya" adlandırıb. Onun fikrincə, kanadalıların çoxu bunu arzulayır. Tramp ABŞ-ın Kanadaya ildə yüz milyard dollar subsidiya verdiyini və bunun mənasız olduğunu bildirib.
Tramp özünün "TruthSocial" şəbəkəsində yazıb: "Kanadalıların çoxu Kanadanın 51-ci ştat olmasını arzulayırlar. Onlar vergidə və hərbi müdafiədə xeyli qənaət etmiş olardılar. Məncə, bu əla ideyadır! 51-ci ştat!!!"
Hürr Tərcüman

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью