Tramp Kanadanın baş naziri ilə danışdı

03.02.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə Ottavaya qarşı 25% idxal rüsumunun tətbiqi ilə bağlı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

ABŞ prezidenti əlavə edib ki, Kanada öz ərazisində Amerika banklarının açılmasına və bizneslə məşğul olmasına icazə vermir. Tramp həmçinin əlavə edib ki, Kanada narkotik ticarəti ilə mübarizəni lazımi səviyyədə aparmır. Ağ Evin rəhbəri iddia edir ki, ABŞ-də yüz minlərlə insan Meksika və Kanada sərhədlərindən daşınan narkotiklərdən əziyyət çəkib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью