Tramp Kanadanın Sülh Şurasına üzv olmaq dəvətini geri götürdü

23.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sülh Şurası Kanadanın Baş naziri Mark Karniyə sözügedən təşkilata qoşulmaq üçün göndərdiyi dəvəti geri götürüb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat verib.

"Hörmətli Baş nazir Karni, bu məktubu Sülh Şurasının Kanadanın üzvlüyü ilə bağlı sizə göndərdiyi dəvətin geri götürülməsi kimi qəbul edəsiniz", - deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, yanvarın 16-da Tramp Qəzza zolağı üçün Sülh Şurasının yaradıldığını elan edib. Onun yaradılması beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə yanaşı, Qəzza üçün sülh planının bir hissəsidir. Növbəti gün Ağ Ev şuranın tərkibini elan edib. Bura ABŞ-nin dövlət katibi Marko Rubio, prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner daxildirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью