Tramp Kanadaya 51 ci ştat olmaq çağırışını təkrarlayıb

28.04.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton, 28 aprel, AZƏRTAC

“Amerika artıq Kanadaya keçmişdə olduğu kimi yüz milyardlarla dollar yardım verə bilməz”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən seçkilərlə bağlı deyib. Tramp qeyd edib ki, Kanada 51-ci ştat olmasa, edilən yardımlar mənasızdır. ABŞ Prezidenti Kanada xalqını rüsumları iki dəfə azaltmağa, hərbi gücü yüksək səviyyəyə çatdırmağa gücü çatacaq adamı seçməyə çağırıb. O, həmçinin Kanada 51-ci ştat olarsa, 4 qat artıq tarif və vergisiz avtomobil, meşə, alüminium, tikinti, energetika və digər bizneslərə malik olacaqlarının vədini verib.

“Artıq uzun illər əvvəldən süni şəkildə çəkilmiş xətt olmasın. O zaman bu torpaq nə qədər gözəl olar. Sərhədsiz pulsuz giriş mövcud olar”,- deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью