Tramp Kanadaya işarə etdi: “O xəritədəki xətt olmasa...”

04.05.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-a hərbi yolla birləşdirilməsinin mümkünlüyünə inanmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “NBC News”a müsahibəsində deyib.

Tramp “Vaşinqton Kanadanı güc yolu ilə özünə birləşdirə bilərmi?” sualına belə cavab verib:

“Düşünürəm ki, biz heç vaxt bu nöqtəyə çatmayacağıq. Qrenlandiya ilə bağlı nəsə baş verə bilər, açıq deyim, o bizə həm milli, həm də beynəlxalq təhlükəsizlik baxımından lazımdır, amma bu məsələdə də güc tətbiqi olduqca qeyri-mümkün görünür. Kanadaya gəldikdə isə, bu variantı tamamilə mümkünsüz sayıram”.

Bununla belə, Tramp qeyd edib ki, əgər Kanada ABŞ-a birləşsəydi, çox dəyərli bir ştat olardı.

“Xəritəyə baxanda o xətti – Kanada ilə ABŞ arasındakı süni sərhədi – sanki bir cızıqla çəkiblər. İnanın, o qədər gözəl ölkə yarana bilərdi ki…”, – o deyib.

Tramp daha öncə dəfələrlə iddia edib ki, Kanadada yaşayanların böyük bir hissəsi ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını istəyir. Onun fikrincə, belə bir birləşmə Kanadaya iqtisadi sabitlik və xarici təhdidlərdən – xüsusilə də Rusiya və Çin kimi ölkələrdən – müdafiə təmin edər.
Kanadanın Baş naziri Mark Karni isə hər dəfə qeyd edib ki, ölkəsi heç zaman, heç bir formada ABŞ-ın tərkibinə daxil olmayacaq.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью