Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp Vaşinqtona gedərkən təyyarədə jurnalistlərə müsahibəsində Kanadada davam edən meşə yanğınlarının səbəb olduğu tüstü və dumanla bağlı bu ölkəyə qarşı müvafiq tədbirlər görəcəyini bəyan edib.
XQ xəbər verir ki, Ağ Evin "YouTube" kanalında yerləşdirilən avqustun 2-nə olan videoçarxda ABŞ dövlət başçısının qəbul edəcəyi qərarla bağlı artıq seçim etdiyi bildirilib. Ağ Ev rəhbəri tətbiq olunacaq cəza tədbirləri barədə təfərrüatları təcili şəkildə ictimaiyyətə açıklayacağını diqqətə çatdırıb.
Qeyd olunub ki, hazırda Kanada ərazisində 130-dan çox aktiv meşə yanğını ocağı qeydə alınıb. Onlardan en iri alov ocağının sahəsi artıq 73,2 min hektardan çox ərazini əhatə edir.